“Cənnət məkanı” dramının Los Ancelesdə premyerası keçirilib

6 Dekabr 2012 15:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, oskarlı aktyor Mett Deymon bu dəfə özünü aktyorluqla yanaşı ssenarist və prodüsser kimi də sınayıb. Aktyorun baş rolu canlandırdığı yeni "Cənnət məkanı" dramının Los Ancelesdə premyerası keçirilib. Filmin qalası maraqlı anlarla yadda qalıb. Yüzlərlə kino həvəskarının iştirak etdiyi mərasimdə Mett Deymonla bərabər filmdə rol alan digər məşhurlar Con Krasinski, Frensis Makdormand, Rozmari Deuitt və digərləri iştirak edib. Jurnalistlərin suallarını cavablandıran Mett Deymon ilk dəfə olaraq özünü aktyorluqla yanaşı ssenarist və prodüsser kimi sınadığını bildirib: "Məni ən çox Rozmarinin oyunu təəcübləndirdi. Onu mən 1994-cü ildən bir teleserialdan tanıyırdım. Bu qədər istedadlı aktrisa olduğunu təxmin etmirdim. O əsl peşəkardır.

Aktyor Con Krasinski Mett kimi filmdə aktyorluqla yanaşı prodüsserlik etdiyini deyib: "Onunla bir filmdə rol almaq çox sevindiricidir. Tərəf müqabili kimi Mett işinin öhdəsindən əla gəldi".

Rejissor Gus Van Santın ekranlaşdırdığı "Cənnət məkanı" dramı Deyv Eggersin eyni adlı bestselleri əsasında çəkilib. 15 milyon dollar büdcəyə malik ekran əsərində digər rolları Hol Holbruk, Lukas Blək, Titus Velivə və digərləri canlandırıb. Dramda Elis obrazında çıxış edən istedadlı aktrisa Rozmari Deuitt də film haqda təəssüratlarını bölüşüb.

Aktrisa Rozmari Deuit bundan əvvəl Conla digər layihələrdə çalışdığını bildirib: "Lakin Mett Deymon və Fren Makdormandla ilk işimdir. Onu deyə bilərəmki çox zövq aldım. Filmə gəldikdə isə mütləq izləyin".

İki dost-Stiv və Şu adlı mühəndislər yerli camaata təlim kursları keçmək üçün kiçik bir əyalətə daşınırlar. Lakin yerli sakinlər heç də onları yaxşı qarşılamır. İnsanlar tərəfindən pis qarşılanan gənclərə Elis adlı müəllimə kömək edir. Elə hadisələr də bundan sonra cərəyan edir. Gələn il Oskar mükafatına təqdim olunan "Cənnət məkanı" dramının Nyu York və Tokioda dapremyeraları gerçəkləşəcək. Ekran əsəri 28 dekabrdan ABŞ kinoteatrlarında nümayiş olunacaq.