“Pinin həyat yolu” filminin premyerası gerçəkləşib

6 Dekabr 2012 16:26 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Pinin həyat yolu" - macəra-dram janrında ekranlaşdırılan 3D formatlı filmin bu dəfə Avropa premyerası gerçəkləşib. Londonda təşkil olunan qalada ekran əsərinin bütün yaradıcı heyəti iştirak edib.

 "Pinin həyat yolu" ekran əsərinin Avropa premyerasında filmin əsas qəhrəmanı hindistanlı gənc aktyor Surac Şarma, rejissor Eng Li, Britaniyalı aktyor Reyf Spoll və digərləri mətbuat qarşısına çıxıblar. Oskralı rejissor Eng Linin məhsulu olan "Pinin həyat yolu" filmi Yan Martelin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Mərasimdə iştirak edən məşhurlar filmin ən yaddaqalan məqamlarından danışıblar.

Rejissor Enq Li bunları deyib: "Suracı ilk dəfə görəndə əmin oldum…bu oğlan Pi obrazın canlandırmalıdır. Çox istedadlı aktyordu. Məncə o olmasaydı bu film ərsəyə gəlməzdi".

20-ci əsr kinoşirkəti tərəfindən ekranlaşdırılan "Pinin həyat yolu 3D" də rolları Adil Huseyn, Tabu, İrfan Xan, Jerar Depardye və digər məşhurlar canlandırıb. Çəkilişləri Hindistan, ABŞ, və indoneziyada aparılan macəra dram maraqlı anlarla yadda qalıb.

Aktyor Surac Şarma çəkilişlərə qədər üzməyi bacarmadığını filə gətirib: "Bir neçə ay üzməyi öyrəndim. Lakin çəkilişlər zamanı okeanın tam mərkəzində olanda çox qorxdum…Məncə insan hər bir çətin işin öhdəsindən gəlməyi bacarmalıdır".

Pin adlı hindistanlı yeniyetmə oğlan öz ailəsi ilə Kanadaya köçməyə hazırlaşır. Lakin hər şey heç də gözlənildiyi kimi olmur. Pinin içərisində ailəsinin də olduğu gəmi qəzaya uğrayır. O, qəzadan sonra içində Benqal pələngi, qiyen, zebra və aranqutan meymunu olan bir xilasedici qayıqda qalmalı olur. Vəhşi heyvanlarla bir yerdə qalan Pi yaşamaq uğrunda mübarizə aparır. Pələng isə onun ən yaxın dostuna çevrilir. 21 noyabrdan ABŞ kinoteatrlarında nümayiş olunan ekran əsərini Britaniyalı kinomanlar 20 dekabrdan izləyə biləcəklər.