Məşhurların məktubları hərraca çıxarılır

6 Dekabr 2012 17:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikanın "Profile in History"(Profayl in histori)  hərrac evi  dekabrın 18-də məşhur insanların məktublarını satışa çıxaracaq.  Nyu-Yorkda keçiriləcək hərracda "Bitlz" qrupunun üzvü Con Lenonun, Niderland rəssamı Vinsent Van Qoqun, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun və digər tarixi şəxsiyyətlərin məktubları da  yer alacaq. Rəssamın "Garle" kafesinin sahibləri Jozef və Mari Jinaya ünvanladığı məktub dörd səhifədən ibarətdir. Xanım Jinanın ölümündən 7 ay əvvəl  aldığı   yazıda Van Qoq ona ürək dirək-dirək verərək  tezliklə sağalıb ayağa qalxmasını diləyir. Rəssamın tez-tez baş vurduğu Arle şəhərindəki   "Garle"  kafesini  fırça ustası əsərlərinin birində də təsvir edib. 1870-ci ildə yazılan məktubun 200-300 min dollar civarında satılacağı gözlənilir. Con Lenonun Britaniya rok musiqiçisi Erik Kleptona yazdığı məktubun cızmaqara variantı 20-30 min dollara satılacağı bildirilir. 8 səhifədən ibarət əlyazma 29 sentyabr 1971-ci il tarixində  qələmə alınıb. Məktubda Lenon Kleptonun istedadına valeh olduğunu yazıb və ona qrup yaratmağı təklif edib.Məktubun son versiyasının  taleyi isə bəlli deyil.Bundan başqa Corc Vaşinqtonun 15 avqust 1798-ci il tarixində inqilis keşişi Conatan Bauçerə yazdığı məktub da satışa çıxarılacaq.ABŞ-la Fransa arasında elan edilməyən dəniz müharibəsinin  qızğın vaxtında qələmə alınana yazıda  prezident Bauçerin göndərdiyi "Amerika inqilabının səbəb və nəticələrinə baxış" adlı kitaba görə ona minnətdarlığını ifadə edir.Vaşinqtonun b uəlyazması 200-300 min dollara satılması gözlənilir.İnternet və telefon vasitələri ilə  keçiriləcək hərraca 300-dən artıq tarixi əhəmiyyətli sənədin  satılacağı gözlənilir. Onların arasında Bethoven, Klod Mone,Uolt Disney, Çarlz Darvin,Co Dimacoonun da əlyazmaları yer alacaq.Üç  səhifəli məktubda Co Dimaco gələcək həyat yoldaşı Merlin Manrodan çəkişmədən sonra onu bağışlamasını istəyir. Məktubun 15 min dollara satılması gözlənilir. Ümumiyyətlə satışdan 5-8 milyon dollara vəsaitin qazanılacağı deyilir.