Bu da 21 dekabr gəmisi!

6 Dekabr 2012 14:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan bir çinli vətəndaş mayyalıların "21 dekabrda qiyamət günüdür" fərziyyəsinin yaratdığı qorxuyla özünə gəmi tikib. Çin mediasında iştirak edən xəbərdə, Urumçi şəhərində yaşayan Lu Jenqhai adlı Xan irqinə mənsub şəxsin 21.2 metr uzunluğunda, 15.5 metr enində və 5.6 metr yüksəkliyində inşa etdiyi gəminin üç mərtəbəli olduğu və içərisində qiyamət günündən xilas olmaq üçün 12 otaq hazırladığı deyilib. Filmlərə mövzu olan Maya təqvimi fərziyyəsinə özünü inandıran Lu Jenqyan gəmi xərcləri üçün bütün sərvətini xərcləyib. 21 dekabr günü hər yeri su basacağına inanan Çinli Lu, o gün gəldikdə hər kəsin bui gəmiyə gələ biləcəyini, bununla da qiyamətdən xilas ola biləcəklərini deyib.