Repçiyə 25 il həbs cəzası verildi
6 Dekabr 2012 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cənubi Afrikanın ən
məşhur repçilərindən biri olan "Jub Jub" ləqəbli Molemo Maarohanye,
yol qəzasında 4 şagirdin ölümünə səbəb olduğu üçün 25 il həbs
cəzasına məhkum edilib. Hakim Brian Nemavhidi, 2010-cu ildə "Jub
Jub"ı narkotiklə bağlı həbsxanaya göndərib. Məhkəmə sədri, repçinin
cəzasını üzünə oxuyan zaman, həlak olan uşaqların yaxınları
gözyaşlarını saxlaya bilməyib. "Jub Jub" ilə Cohannesburqlu
qaraların yaşadığı tənəkə evləriylə məşhur Souetoda avtomobil
yarışı keçirən Temba Tşabalala adlı biri də 25 il cəza alıb.
Məhkəmə repçiler və yoldaşı Tşabalalanın qəza zamanı morfin və
kokain qəbul etmiş olduqlarını təsbit edib.