Çin dilində dərslər keçiriləcək

6 Dekabr 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveçdə orta məktəblərdə Çin dilində dərs keçirilməyə başlanacaq. Əvvəldən zəruri ingilis dili dərsləri xaricində şagirdə istəyinə bağlı fransız, alman və ispan dərsi keçirilirdi. Yeni təhsil dövrü ilə birlikdə seçməli dərs olaraq Çin dilinin də məktəb proqramına girəcəyini bildirən Təhsil naziri Can Björkland, İsveç ilə Çin arasındakı ticarət həcminin çox əhəmiyyətli nöqtələrə gəldiyini və iki ölkə arasındakı ticarətin hər il daha böyüyəcəyi fərziyyəsi ilə isveçli uşaqların indidən Çin dili öyrənməsi lazım olduğunun vurğulayıb.