Bu da nüvə hücuma qarşı təhlükəsiz metro
6 Dekabr 2012 18:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çinin paytaxtı
Pekində yeni tikilən metro xətlərinin nüvə və ya zəhərli qaz
hücumlarına qarşı etibarlı olduğu məlum olub. Pekin Vətəndaş
Müdafiə İdarəsi, metronun 6-cı xəttinin ilk mərhələsi, 8,9 və 10.
xəttlərinin isə ikinci mərhələsinin nəzarət etmə əməliyyatının sona
çatdığını və 28 dekabrda istifadəyə veriləcəyi bildirib. Yeni
xətlərin fövqaladə vəziyyətlərdə sığınacaq və anbar məqsədilə
istifadə edilmək üçün inşa edildiyi, stansiyadan stansiyaya
xilasetmə halının mümkün ola biləcəyi bildirilib. Hərbi
mühəndislərin də metro sistemi infrastrukturunun dizaynında iştirak
etdiyi, stansiyaların qapısının bağlanması vəziyyətində içəridə 3
saat çatacaq qədər təmiz hava olması qeyd olunub.