Körpəsi olanlar daha çox yaşayır

6 Dekabr 2012 17:46 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Danimarkalı elm adamlarının etdiyi araşdırma, uşaq sahibi olmanın xüsusilə qadınlarda erkən ölüm riskini azalda biləcəyini müəyyən edib. Araşdırmaya süni mayalandırma müalicəsi görən 21279 cütlük qatılıb. 11 il davam edən araşdırmada uşaq sahibi ola bilməyən qadınların, qan dövranı xəstəliklərindən və ya xərçəngdən həyatını itirmə və ya ani ölüm riskinin ana olan qadınlardan 4 dəfə çox olduğu təyin edilib. Kişilərdə isə bu riskin 2 dəfə çox olduğu görülüb.