71 adamın iştirak etdiyi siyahıda "Microsoft"un qurucusu Bill Qeyts 4-cü, Roma Papası 16-cı Benedikt 5-ci, Çin Kommunist Partiyasının baş katibi Xi Jinpinq 9-cu, İngiltərə Baş Naziri Devid Kameron 10-cu, "Facebook"un yaradıcısı Mark Zukerberq isə 25-ci olub. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Munun 30-cu olduğu ən güclü adlar siyahısına Venesuela prezidenti Huqo Çavez 48-ci sıranı tutub. Dünya neft ehtiyatlarının 20 faizini əlində saxlayan Səudiyyə Ərəbistan Kralı Abdullah bin Əbdüləziz əl Səud 7-ci, İran dini lideri Ayətullah Əli Xomeyni 20-ci güclü ad olaraq qiymətləndirilib.