Müğənni Prins 57 yaşında vəfat edib

22 Aprel 2016 10:03 (UTC+04:00)

Assoşieyted Press-in məlumatına görə, əfsanəvi amerikalı musiqiçi və bir çox mahnııların müəllifi, "Qremmi" mükafatının yeddiqat sahibi və "Oskar" mükafatı laureatı Prins Rocer Conson 57 yaşında vəfat edib. O, Minnesota ştatının Şanhassen şəhərindəki yaşadığı rezidensiyada plmüş halda tapılıb. Hadisə yerinə gələn polis dərhal təhqiqata başlayıb, hələlik ölümün səbəbi haqda məlumat yoxdur.Qərb mediasının verdiyi xəbərlərə görə, Prins bir neçə həftə qripdən əziyyət çəkib. Bir həftə əvvəl, aprelin 15-də isə onun şəxsi təyyarəsi konsertlərarası uçuş zamanı qəza enişi edib. Qızadan sonra müğənni xəstəxanada cəmi 3 saat olub və sonra Minnesotdakı evinə gedib. Qripdən əlavə onun çanaq-bud oynağında da ciddi probleri olub. Həkimlər ona protez qoymağı məsləhət bilsələr də, o, dini inancına görə bundan imtina edib.