Zombilərə inandı, sevgilisini vurdu

6 Dekabr 2012 18:24 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da ən çox izlənilən televiziya seriallarından biri olan "The Walking Dead"i izləyən bir adam zombiləri çox ciddi qəbul edib. Nyu York əyalətində yaşayan 26 yaşlı Cered Gurman, serialdakı kimi zombilərin dünyanı işğal edə biləcəyinə inanıb. Gurmanın bu fikri, üç il yarım birlikdə olduğu sevgilisi ilə arasında mübahisəyə səbəb olub. Aralarındakı mübahisə şiddətlənib və sevgilisi Gurmanı evinə yola salıb. "Zombi zəbti" fikrindən imtina etməyən Gurman, telefonla mesaj yazaraq sevgilis ilə müzakirəni davam etdirib. Vəziyyətin pisləşdiyini düşünən sevgilisi, Gurmanın evinə gələrək onun necə olduğunu görmək istəyib. Ancaq gördüyü mənzərə dəhşət verici olub. Gurman, əlində tüfəngiylə evinin qarşısında zombi keşiyi tutmağa başlayıb. Bunu görən sevgilisi özünü ələ almağa çalışıb, lakin bu sırada Gurman onu silahla vurub. Gurmanı həbs edən polis Raymond Kot verdiyi məlumatda, "Cered çox qərarlı olub. Serialdakı kimi hərbi bir fəlakətin sonunda yayılan bir virusla zombi istilasının gerçək olacağına inanırdı. Sevgilisi müalicə üçün xəstəxanaya gətirilib. Əvvəl səhvən vurduğunu desə də,  sonra günahını boynuna alıb."dedi. Gurmanın sevgilisi xəstəxanada müalicə almağa davam edir.