Yaşlılar etiraz etdilər
6 Dekabr 2012 18:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bolqarıstanda dünən
açıqlanan 5 levlik (2.60 azn) əlavə artımı bəyənməyən təqaüdçülər
etiraz ediblər. Onlardan birinin özünə işgəncə edərək çarmıxa
çəkməsi diqqət çəkib. Parlament binası qarşısında həyata keçirilən
nümayişdə bir təqaudçü soyunaraq, özünü "Çarmıxa çəkilmiş İsa"
təsvirləri ilə bəzəyib. Göbək qisminə "Mən əzab və işgəncə çəkən
insanam" yazan yaşlı, yanaqlarını və əllərini də iynəylə deşib.
Dаşıdığı xaçın üzərinə isə "Yoxsulluq-BG" sözlərini yazıb. Yanaq və
sinə hissəsinə kommunizm dövründə istifadə edilən köhnə pulları
yaöəşdıram təqaüdçü, 1 saat yarım ərzində ayaqyalın gəzib.
Parlament qarşısında "Mafiya" şüarları atan göstərici, üşüməyini
göstərməyərək davam edib. Yoxsulluq sərhədində yaşadıqlarını ifadə
edən nümayişçilər, 150 Lev (78 azn) olması nəzərdə tutulan minimum
təqaüdün 4 qat artırılmasını istəyib.