"YUNESKO"nun "Qız uşaqları məktəbə" adlı kampaniyası başlayıb

6 Dekabr 2012 19:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki,  "UNESCO" ilə Pakistan hökuməti, "Qızların məktəbə getməsi onların hüququdur, Malalaya dəstək" başlıqlı bir kampaniya başladıb. 10 dekabr Ümumdünya İnsan Haqqları günü YUNESKO-nun Parisdəki mərkəzində reallaşdırılacaq yığıncağın açılışını Pakistan prezidenti Asıf Əli Zərdari və YUNESKO-nun Ümumi rəhbəri İrina Bokova birlikdə reallaşdıracaq. Fransa Baş naziri Jean Mark Ayraultun da çıxış edəcəyi görüşə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki-mun, ABŞ dövlət katibi Hillari Klinton və AB Xarici Əlaqələr və Təhlükəsizlik siyasətindən Məsul Yüksək Nümayəndəsi Katherine Aşton da telekonferans üsuluyla qatılacaq.