İtlərə sürücülük dərsi keçirilir

6 Dekabr 2012 19:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yeni Zelandiyanın paytaxtı Vellinqtonda, qurtarma əməliyyatları üçün öyrədilən itlərə sürücülük dərsləri də keçirilir. "SPCA" adlı itlərin təhsil mərkəzində, itlər əvvəlcə xüsusi olaraq hazırlanmış avtomobillər üçün məşq edirlər. Fərqli cinslərdəki itlərə müxtəlif əmrlərlə, əyləc və qaza basma, sükanı sağa və sola çevirmə kimi təhsillər verilir. "SPCA" tərbiyəçiləri, itlərin nə qədər ağıllı olduğunu göstərməyi məqsəd qoyduqlarını bildirərək, bu an üç itə avtomobil istifadə etməyi öyrətdiklərini söyləyiblər. Monti, Porter və Cinni adlı itlər müəyyən bir səviyyəyə gəldikdən sonra onlara uyğun xüsusi hazırlanmış normal bir minik avtomobilini istifadə ediblər. Heyvan tərbiyəçisi Mark Vette və qrupu, itlərə əvvəl avtomobili hərəkət etdirmək üçün lazımlı əmrləri öyrətdiklərini söyləyiblər. Sonra bunları müəyyən bir sıraya görə etdirdiklərini bildiriblər. Bunun bir az vaxt apardığını söyləyən Vette, avtomobilin sürətini itlərin bacarığına görə quraşsırıldığını vurğulayıb.