Xəzərdə Rusiya gəmisində yanğın baş verib, hadisə yerinə Azərbaycan FHN-in helikopterləri və gəmisi cəlb olunub

23 Aprel 2016 11:45 (UTC+04:00)

 Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

 

Əlavə məlumat veriləcək.