Bu günə gözlənilən hava şəraiti

7 Dekabr 2012 13:14 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə isə dekabrın 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara əsasən dekabrın 07-08-də Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 09-da arabir güclənən xəzri küləyinin yaradacağı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir.