Yaponiyada zəlzələ olub

7 Dekabr 2012 14:14 (UTC+04:00)
Movqe.az xəbər verir ki, zəlzələlərin sıxlıqla meydana gəldiyi Yaponiyada bu gün 7.3 bal şiddətində zəlzələ baş verib. 11 mart 2011-ci ildə rixter şkalasına görə 9 bal şiddətində zəlzələ meydana gələn Yaponiyanın şimalında bu gün yenidən təkan olub. Yapon mətbuatı, zəlzələnin şiddətinin 7.3 olduğunu desə də, ABŞ-dakı Geologiya Mərkəzi bunu 7.4 olaraq verib. Lakin mərkəz daha sonra zəlzələnin şiddətini 7.3 olaraq dəyişdirib.