Aya turist axtarılır

7 Dekabr 2012 15:23 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, NASA-nın keçmiş hyətlərinin, aya turist göndərmək üçün xüsusi bir şirkət qurduğu bildirilir. ''Golden Spike'' şirkəti, ilk ay səfərini 2020-ci ildən əvvəl yerinə yetirməyi qarşısına məqsəd qoyduğunu açıqlayıb. Şirkət, aya iki nəfərlik səyahət üçün 1,5 milyard dollar ödəməyi qəbul edəcək ölkələrlə təmasa keçəcəklərini, səfərin araşdırma ya da milli etibar məqsədli ola biləcəyini bildirib. Şirkətə rəhbərlik edən keçmiş NASA idarəçilərindən Alan Stern, idarə heyəti başçılığını isə keçmiş "Johnson" Kosmos Mərkəzinin müdiri Cerri Qriffin icra edir. Hal-hazırda mövcud olan raketlərlə kapsulları satın alacaqlarını bildirən Stern, aya səfər etmək istəyən turistlər üçün isə yeni kosmos paltarları təşkil edəcəklərini və yeni bir eniş vasitəsi inkişaf etdirəcəklərini sözlərinə əlavə edib.