147 min dollarlıq şəkil

7 Dekabr 2012 15:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, 3 milyard 800 milyon dollar gəlir gətirən hərracda, "Əfqan qızı" olaraq bilinən məşhur şəkil 147 min dollara alıcı tapdı. Dünyanın məşhur coğrafiya və gəzinti jurnalı "National Geographic", 125 illik arxivini hərraca çıxarıb. İllər ərzində, yer üzünün müxtəlif bölgələrində çəkilən 11 milyondan çox şəkildən 232-si Nyu Yorkdakı "Christie's" hərrac evində satılıb. Hərraca kolleksiyaçıların və şəkillərə maraqları olanlar telefon və internet vasitəsilə də qatıla biliblər. Hərracda, 1985-ci ildə Əfqanıstandakı bir mühacir düşərgəsində çəkilən və dünyanın ən məşhur fotoşəkillərindən biri sayılan "Əfqan qızı" adlı fotoşəkil, adı açıqlanmayan biri tərəfindən 147 min dollara alınıb​​. "National Geographic", sərgidən əldə etdiyi 3,8 milyon dollarlıq gəliri arxivini qorumaq və gənc fotoqrafları dəstəkləmək üçün istifadə edəcək.