"Qiyamət günü" zarafatı

7 Dekabr 2012 16:39 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avstraliya baş naziri Julia Gillard mayyalıların 21 dekabr fərziyyəsinə zarafatyana şəkildə cavab verib. Nitqi əsnasında Gillard ciddi bir üz ifadəsi ilə, "Hörmətli Avstraliya vətəndaşları, dünyanın sonu yaxınlaşır! İnsan qanıyla bəslənən zombilər, cəhənnəmdən gələn iblis..Son zərbə haradan gəlirsə gəlsin, əgər məni bir az tanıyırınızsa axıra qədər sizin üçün mübarizə edəcəyimi də bilməlisiniz. Heç olmasa artıq sual cavab iclasları etmək məcburiyyətində qalmayacağam. Hamınıza uğurlar"deyib. Gillardın qarışıqlıq yaradan şərhlərinin zarafat olduğu ortaya çıxıb. 46 saniyə davam edən nitqin "Triple J" adlı  yerli radionun "Dünyanın sonun" ilə bağlı qeydlər hazırlayan səhər proqramının təqdimatı üçün çəkildiyi aydın olub.