Saxta "iPhone"dan ehtiyatlı olun

7 Dekabr 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İnternetdə yayılan bu şəkillər "iPhone 5"-ə oxşayır, amma onunla "iPhone 5"-in arasında əhəmiyyətli  dərəcədə fərqlər var. "Apple", bizi "iPhone 5" ilə yalnız bir neçə ay əvvəl tanış edib. Ancaq "iPhone 5S" haqqında dedi-qodular artıq başlayıb. "Apple" həqiqətən də bu yaxınlarda bazara çıxaracaq bir "iPhone 5S" üzərində işləyə bilər? İnternetə yayılan "iPhone"lar, esl "iPhone 5"'dən bir az fərqli görünməsi ilə diqqətləri çəkib. "ETradeSupply"ın yayımladığı şəkillərdə nömrənin yuxarısında "X" var. "X", bunun prototip olduğunu göstərən bir işarədir.