Qulağından 57 ədəd qurd çıxdı

7 Dekabr 2012 17:29 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da yerləşən qocalar evindən birində yaşayan Katherine Mak Kannın qulağından 57 ədəd kiçik qurd çıxarılıb. Parkinson xəstəliyi olan və danışa bilməyən 92 yaşlı qadının yaxınları hadisəyə etiraz edib. Qocalar evinin laqeyd və baxımsızlığı səbəbiylə bu hadisənin baş verdiyini deyən Katherinenin yoldaşı Con məhkəməyə müraciət etməyə hazırlaşdığını deyib. Bahalı və lüks olmasıyla bilinən 300 yataqlı qocalar evi isə bu iddiaları qəbul etməyib. Belə ki, sözügedən qocalar evi 2012-ci ildə 5 ulduzdan 4 ulduz almış, ən yaxşı qocalar evləri siyahısına daxil edilmişdi.