"İlin kişisi" mükafatına qadın namizəd

7 Dekabr 2012 17:31 (UTC+04:00)

Movqe.Az bildirir ki, Bolqarıstanın məşhur pop musiqi müğənnisi 76 yaşlı Lili İvanova, hər il keçirilən "İlin kişi"si mükafatı üçün namizəd seçilib. Yaşının keçməsinə baxmayaraq səhnəyə çıxmağa davam edən Lili İvanova, noyabr ayının sonunda Sofiyanın "Arena Armeetz" salonunda verdiyi konsertdə 15 min pərəstişkarı tərəfindən ayaqda alqışlanıb. Siyasət və mədəniyyət sahəsində mütəxəssis olan 19 münsifin təyin etdiyi mükafat üçün bu il cəmi 35 namizəd seçilib. Münsif heyəti, mükafat üçün keçmişdə də qadın namizədlərin göstərildiyini, ancaq mükafatı ala biləcək qədər bal toplaya bilmədiklərini söyləyiblər. Bu il seçilən digər namizədlər arasında ölkəyə olimpiada mükafatı gətirən gimnastikaçı Yordam Yovçev, Avropa Sosialistlər Partiyasının Ümumi Başçısı və Ana Müxalifət Bolqarıstan Sosialist Partiyasının lideri Sergey Stanişev və yazıçı Miroslav Penkov var. İnternet vasitəsilə 10 dekabrda başlayacaq səsvermə "İlin kişisi 2012" müəyyən olunacaq və 21 yanvarda keçiriləcək mərasimdə sahibini tapacaq. Keçən il mükafata öz həyatını riskə ataraq şosedə qəza keçirib yanan bir sərnişin avtobusundan bir çox adamın həyatını qurtaran 29 yaşlı Stefan Stoyçev layiq görülüb. Bolqarıstanda bu müsabiqə 2008-ci ildən keçirilir.