7 nəfəri xilas edən şagird mükafatlandırıldı

7 Dekabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyada gölə uçan mikroavtobusun görüntüləri internetdə yayılıb. Mikroavtobusda qapalı qalan 7 adamı qurtaran rus şagird qəhrəman elan edilib. Keçdiyimiz günlərdə, Rusiyanın Çelyabinsk şəhərində bir mikroavtobus əsas yolda idarəsini itirərək qəzaya uğrayıb. Qəzada can itkisi olmayıb, Pavel Raqojin adlı şagird həyatını riskə ataraq 7 adamı boğulmaqdan xilas edib. Qəzayla əlaqədar rus mətbuatına müsahibə verən şagird Ragojin baş verənləri izah edib. Hadisə zamanı mikroavtobusun ən arxa oturacağında oturduğunu söyləyən Ragojin, mikroavtobusu yoldan çıxdığını və zərbənin təsiri ilə bütün şüşələrin qırıldığını bildirib. Ragojin, "Mikroavtobus dayanan zaman dərhal qırıq şüşədən atıldım və sərnişinləri çəkərək çıxardım. Bununla bərabər, yanımdakı digər bir sərnişin də mənim kimi sərnişinləri xilas etməyə çalışırdı. Mikroavtobus suya batdı." şəklində danışaraq hadisəni izah edib. Qəzadan sonra gecələri yata bilmədiyini söyləyən rus şagird, "Hadisənin necə baş verdiyi heç ağlımdan çıxmır." deyib. Qəhrəman elan edilən rus şagirdə oxuduğu universitet mükafat olaraq 5 min rubl verib. FHN isə ona mükafat verəcəyini açıqlayıb. Avtobusdan öz imkanları ilə çıxmağı bacaran və sərnişinləri xilas etməyə çalışan ikinci qəhrəman isə xəstəxanada nəzarət altında saxlanılır.