Hicab taxdığına görə işdən qovulub

7 Dekabr 2012 18:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransanın Limoges bölgəsində orta məktəbdə işləyən 38 yaşlı müəllin, hican taxdığı üçün işdən atılıb. Bələdiyyə, hicabı açmağı rədd edən Morokko əsilli fransız vətəndaşını "bərabərlik prinsipinə zidd" davrandığını bəyan edib. Bələdiyyənin məlumat şöbəsinin müdiri Vinsent Şmit, Leyla adlı müəllimin çııxışından çox məmnun olduqlarını, lakin işləyərkən və valideynlərlə görüşərkən hicab taxmasının bərabərlik prinsipinə zidd olduğun söyləyib. Müəllimi razı etmək üçün bir neçə dəfə görüş keçirdiklərini bildirən Şmit, işdən çıxarılma riskini bildiyi halda hicab taxmağa davam etdiyini söyləyib. Məktəbdə 5 ildir işləyən müəllim isə işdən atılma səbəbinin haqsız olduğunu, lakin hər hansı bir hüquqi cəhd etməyəcəyini bildirib.