Hamilə Keyt Midlton mətbuat qarşısına çıxıb

7 Dekabr 2012 17:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə Şəhzadəsi Uilyamın həyat yoldaşı  Keyt Midlton hamilə olduğu açıqlandıqdan sonra ilk dəfə media qarşısına çıxıb. Ürək bulanması şikayətiylə bazar ertəsi günü  "King Edward VII" xəstəxanasına müraciət edən Keyt Midlton oradan Şahzadə Uilyamla bərabər əlində bir buket çiçəklə ayrılıb. Xəstəxanadan çıxışında jurnalistlərə gülümsəyən Keyt Midlton yaxşı olub-olmadığı suallarına, başını yelləyərək müsbət cavab verib. Doğulacaq uşaq, cinsiyyəti nə olursa olsun, taxtın üçüncü varisi olacaq. Keyt Midltonun hamiləliyi müddətində ictimaiyyət qarşısına çox çıxması gözlənilmir. Şahzadə Uilyam isə öz işini davam etdirəcək.