"Facebook"un rəqibi daha da güclənir

7 Dekabr 2012 17:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ilk çıxdığından bəri "Google"nin "Facebook"a cavabı olaraq bilinən "Google+" aylıq aktiv 135 milyon istifadəçi sayına malik olduğunu bildirib. Sosial axtarış saytı axrıncı dəfə 17 sentyabrda 100 milyon aktiv istifadəçi sayına çatdığını açıqlamışdı. Bu da  ayda 14 milyon yeni istifadəçinin saytı istifadə etdyi mənasını verir. Bu inkişaf sürəti "Facebook" ilə əhəmiyyətli bənzərliklər göstərir. Facebook 2008-ci ilin avqust ayında 100 milyon ,2009-cu ilin aprel ayında isə 200 milyon aktiv istifadəçi sayına çatdığını açıqlamışdı. 

İstifadəçi sayı ilə müqayisə olunan "Google+" 1 milyard sərhəddini aşan "Facebook"dan hələ də geridədir. Lakin böyümə sürəti və "Google"ın gücü düşünüldüyündə "Facebook"un Google+ "u artıq daha ciddi bir rəqib olaraq görməsi lazım olduğu deyilə bilər.