Gəmi qəzasında 4 nəfər həlak olub

7 Dekabr 2012 19:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollandiyanın "Zeeland" sahilindən 65 kilometr uzaqlıqdakı Şimal dənizində iki gəminin toqquşması nəticəsində meydana gələn qəzada 4 dənizçi həlak olub. Yardım qrupları çərşənbə günü gecə baş verən qəzada itkin düşən 7 nəfəri də axtarmağa davam edir. Rəsmilər, Belçikadan Finlandiyaya yük daşıyan Bahama bayraqlı "Baltic Ace" adlı yük gəmisi ilə Şotlandiyadan Belçikanın "Antwerpen" limanına gedən bir konteyner gəmisinin toqquşduqlarını və "Baltic Ace" gəmisinin batdığını açıqlayıblar. Ümumilikdə 24 nəfərdən 13-ü sağ qurtarılıb.