"Facebook"un rəqibi daha da güclənir
7 Dekabr 2012 19:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ilk çıxdığından
bəri "Google"nin "Facebook"a cavabı olaraq bilinən "Google+" aylıq
aktiv 135 milyon istifadəçi sayına malik olduğunu bildirib. Sosial
axtarış saytı axrıncı dəfə 17 sentyabrda 100 milyon aktiv
istifadəçi sayına çatdığını açıqlamışdı. Bu da ayda 14 milyon yeni
istifadəçinin saytı istifadə etdyi mənasını verir. Bu inkişaf
sürəti "Facebook" ilə əhəmiyyətli bənzərliklər göstərir. Facebook
2008-ci ilin avqust ayında 100 milyon ,2009-cu ilin aprel ayında
isə 200 milyon aktiv istifadəçi sayına çatdığını açıqlamışdı.
İstifadəçi sayı ilə müqayisə olunan "Google+" 1 milyard sərhəddini
aşan "Facebook"dan hələ də geridədir. Lakin böyümə sürəti və
"Google"ın gücü düşünüldüyündə "Facebook"un Google+ "u artıq daha
ciddi bir rəqib olaraq görməsi lazım olduğu deyilə bilər.