"Əfqan qızı" fotoşəkili rekord qiymətə satıldı

7 Dekabr 2012 19:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dünya səviyyəsində ən çox tanınan fotoşəkillərdən biri olan "Əfqan qızı" fotoşəkili rekord qiymətə satılıb.
"National Geographic" jurnalında 1985ci ilin iyununda nəşr olunan və qorxu dolu yaşıl gözləriylə Əfqanıstanın simvolu olan "Əfqan qızı" fotoşəkili Nyu Yorkda təşkil edilən hərracda təxmin edilənin qiymətə alıcı tapıb.
Çristays hərrac evində təşkil edilən hərracda Steve Makkarinin çəkdiyi fotoşəkil 147 min dollara satılıb. "National Geographic"in 125 illik tarixində ilk dəfə arxivində olan 11.5 milyon fotoşəkildən 232 ədədi hərraca çıxıb.
Hərracdan 3.8 milyon dollar gəlir əldə edilib.