AŞPA Monitorinq Komitəsi bu həftə Azərbaycana dair hesabatı təsdiqləyəcək

10 Dekabr 2012 12:09 (UTC+04:00)

Dekabrın 12-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclası keçiriləcək. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iclasda AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin hazırladığı, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə dair hesabat təsdiqlənəcək. Qeyd edək ki, AŞPA Monitorinq Komitəsi hesabatı təsdiqlədikdən sonra sənəd qurumun qış sessiyasında müzakirəyə çıxarılacaq.

Parisdə keçiriləcək iclasın gündəliyinə Ermənistan, Gürcüstan, Qaradağ və Ukraynanın öhdəliklərinə dair monitorinqin nəticələri, Türkiyə ilə postmonitorinq dövründə aparılan dialoq prosesi müzakirə olunacaq.