200 milyon illik qalıq

10 Dekabr 2012 15:19 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, elm adamları Antarktikada 200 milyon illik tək hüceyrəli bir canlının mövcudluğuna aid qalığı tapılıb.
Antarktikanın buzlaqlarına hopmuş bir canlıya aid 200 milyon illik qalıq, araşdırmaçıları çaşdırıb. Sümüyün içinə haparaq qalan canlının, tək hüceyrəlilər sinifindən Vorticella növünə aid olduğu deyilir.
Gözyaşı şəklində olan və uzun quyruğa malik qəribə canlının genişliyi yalnız 25 mikrondur. Bu uzunluq, insan saçının ortalama qalınlığına bərabər gəlir. Mikroskopik bir varlıq görünüşü verən canlının boyu isə onun enindən 2dəfə çoxdur. (Bir mikron, metrin təxminən milyonda biridir).
Bütün mikroorqanizmlər kimi bir nüvəyə sahib olan Vorticella, gövdəsinin içində at nalı şəklində bir nüvə saxlayır.
SUPER SÜRƏTLİ HÜCEYRƏ!
Elm adamları "Vorticella"nın qədim triasik dövründə yəni dünyanın çox daha isti olduğu dövrdə yaşadığını deyirlər. Müzakirə mövzusu olan həmin dövr tək hüceyrəli canlının ol bölgə, yəni müasir Antarktika, gur yağış meşələriylə örtülü olub. Həmin bölgə bu gün "Transantarctic Mountain Range" olaraq bilinir. Antarktika 180-510 milyon il əvvəl mövcud olan iki super qitədən biri olan Gondvananın bir parçası idi.
Keçmişdə aparılan araşdırmalar "Vorticella"nın ən sürətli hərəkət edən hüceyrəvi canlılardan biri olduğunu ortaya qoyub. Vorticella uzun kabelə bənzər bir quruluşdadır və o, halqa şəklinə saniyədə 8 santimetrlik sürətlə keçə bilir. Bu sürət bir insanın təxminən 300 metri 1 saniyədə qat etməsini düşünməklə eynidir.