Keşiş müsəlmanlığı qəbul etdi

10 Dekabr 2012 14:54 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bolqarıstanda 20 il kilsədə xidmət edən keşiş Atanas Mixaylov İslam dinini qəbul edib. Onun İslam dinini qəbul etməsi ölkədə söz-söhbətə səbəb olub. Vidində ortodokslarla müsəlmanların 2 əsrdir keçirtdiyi ortaq aşura günü qeyd etmələri ləğv edilib. Mövzuyla əlaqədar danışan Mixaylov, "Artıq özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, hər bir xristian bu böyük xoşbəxtliyi yaşayır." deyib.