ABŞ-lı müğənninin mindiyi təyyarə qəzaya uğradı - FOTOLAR

10 Dekabr 2012 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Meksikanın şimalında bir sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərnişinlərdən heç biri xilas olmayıb və müğənni Cenni Riveranın da təyyarədə olduğu bildirilib. Monterreydən yola düşən kiçik təyyarə ilə əlaqə 10 dəqiqədən sonra kəsilib. Hadisədən sonra aparılan axtarışlarda təyyarənin dağıntıları Sierra Madre Oriental bölgəsindən tapılıb. Təyyarədə olan 7 sərnişinin heç biri xilas olmayıb. Təyyarədə Meksika əsilli ABŞ-lı müğənni enni Riveranın da olduğu bildirilib. Cenni Rivera, qısa bir zamandır ki, Meksikada "İlin Sənətçisi" və "İlin Albomu" mükafatlarını almışdı.