"Hörümçək adam" hamını qorxudub

10 Dekabr 2012 15:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ukraynalıların gündəmində olan məsələlərdən biri də heç bir təhlükəsizlik tədbiri almadan etdiyi çılğın hərəkətlərlə hamını qorxudan Mustanq Vanted ləqəbli Qriqoriy olub. Heç bir təhlükəsizlik tədbiri almadan; körpü, ev damı və "Vinçi" təpəsinə çıxan Qriqoriy, "etdiklərimi sınamayın, həyatınızı riskə atmayın"  xəbərdarlığı edib.Ən böyük xobisinin evlərin damında, körpülərin zirvələrində yoldaşları ilə əylənmək olduğunu söyləyən "hörümçək insan" Grigoriy, zirvədə olanda özünü evindəki kimi rahat hiss etdiyini söyləyib. Ukraynalı Grigorinin xobbiləri arasında 260 metr yüksəklikdəki 

bir qüllədə əllərini buraxaraq turnik çəkmək də var.