Oslo "2012 Nobel Sülh Mükafatı" mərasiminə hazırdır

10 Dekabr 2012 15:59 (UTC+04:00)
Movqe.Az bildirir ki, Norveçin paytaxtı Oslo bu gün "2012 Nobel Sülh Mükafatı" mərasiminə ev sahibliyi edəcək. "Nobel Sülh Mükafatı", bu gün günortadan sonra Oslo Bələdiyyə Sarayında keçiriləcək mərasimlə rəsmi olaraq Avropa Birliyinə (AB) veriləcək. Mərasimdə 20 fərqli AB liderinin iştirakı gözlənilir. Təhlükəsizlik qüvvələri paytaxt küçələrində ciddi tədbirlər görür. Oslo Bələdiyyə Sarayının ətrafı hava və quru nəqliyyatına bağlanılıb. Norveç polisi "2012 Nobel Sülh Mükafatı" mərasim gününü "tarixin ən həyəcanlı günü" olaraq xarakterizə edib. Xatırladaq ki, "2012 Nobel Sülh Mükafatı" 60 ildir Avropada sülhə yardımına görə AB-nə layiq görülür. Norveçdə aparılan bir yoxlamaya görə isə xalqın əksəriyyətinin "Nobel Sülh Mükafatının" AB-nə verilməsindən məmnun qalmadığı bildirilib.