Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.
Movqe.az-ın məlumatına görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir.
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.
Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.apa