Rusiya büdcəsindən 256 milyon dollar oğurlanıb

10 Dekabr 2012 15:39 (UTC+04:00)


Movqe.az xəbər verir ki, Rusiya İstintaq Komissiyası 2012-ci il büdcəsindən yanvar-oktyabr aylarında 7,9 milyard rubl (256 milyon dollar) oğurlandığını bildirib. İstintaq işçilərinin müxtəlif səlahiyyətlilər haqqında bu il ərzində 20 min 700 müxtəlif sui-istifadə işi açdığı yazılan şərhdə, bunun 2011-ci ilə görə 7 min daha çox iddia olduğu bildirilib. 2 hakim, 13 yerli vəkil və 19 prokurorun da aralarında olduğu işlərdə, Kənd Təsərrüfatı və Müdafiə Nazirliyinin yüksək vəzifəli işçilərinin də iştirak etdiyi deyilib.

Xatırladaq ki, Rusiyanın sabiq lideri Dmitri Medvedev 2010-cu ildə korrupsiya rəqəminin 1 trilyon rubl (32 milyard dollar) olduğunu söyləmişdi.