2013-ci ilde teqdim edilecek "Gremmi" mukafatinin nominantları bəlli olub

10 Dekabr 2012 17:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gələn il fevralın 10 Los Ancelesdə gerçəkləşəcək ən böyük musiqi mükafatı-Gremminin nominantları bəlli olub. ABŞ-ın Naşvill şəhərində bununla bağlı mərasim gerçəkləşib. Fun, Cey Zi, Kanye Vest, Frenk Ouşen, The Blək Kiz və digərləri ilin əsas favoritləri seçilib. Mərasimin aparıcılığı bu dəfə məşhur telejurnalist LL Cool Jay və Kantri ulduz Teylor Sviftə həvalə olunub. İlk musiqi payı isə alternativ rok janrının ən uğurlu təmsilçisi Fun qrupundan gəlib. Simfonik və rok orkestrin müşaiyyətilə canlı ifa nümayiş etdirən trio 4 nominasiya üzrə təmsil olunaraq ilin əsas favoritlərindən hesab edilir. Sonra söz yenidən aparıcılara verilib. "İlin albomu" nominasiyasında The Black Keys, Fun, Mumford and Sons, Frank Ocean və Jack Vhite mübarizə aparacaq. Rok, alternativ, indi rok və dabstep janrlarında təmsil olunan ifaçıların hər birinin bu il çıxardıqları albomlar qızıl və platin status adını qazanıb. Sonra səhnəyə milyonların sevimlisi Maroon 5 çıxıb. Ötən ilin əsas hiti sayılan və Cristina Aguilera ilə birgə oxunan "Moves like jagger" sinqlı tamaşaçıların ixtiyarına verilib. Gənc ifaçı Cheryl Crov "ilin rekord mahnısı" nominasiyasını təqdim edib. The Black Keys "Lonely boy", Kelly Clarkson "Stronger", Fun "Ve are young", avstraliyali ifaçi Gotyenin "Somebody that İ used to knov", Frenk Ouşen "Thinking about you" və Teylor Sviftin "Ve are never ever back together" sinqlları bu kateqoriyada təmsil olunacaq. R en B ulduz Ne Yo bu dəfə də ifası ilə yadda qalmağı bacarıb.Müğənni "İlin ən yaxşı r en b kişi ifaçısı" nominasiyasında Gremmiyə iddialıdır. Sıra "İlin debüt ifaçısı" kateqoriyasına gəlib. Nominasiya isə kantri qrup Little big Tovn tərəfindən açıqlanıb. Bu kateqoriyada bluz rok qrup Alabama Shakes, kantri ifaçı Hunter Hayes, folk rok qrup The Lumineers, kantri trio Fun və Frenk Ouşenlə mübarizə aparacaq. "İlin ən yaxşı pop vokal albomu" nominasiyası isə tam fərqli şəkildə açıqlanıb. Gənc ifaçı Hunter Hayes 5 nominantın hər birinin mahnısını akustik gitaranın müşaiyyətilə səsləndirib. Bu nominasiya üzrə Kelly Clarkson, Maroon 5, Pink, Florence and the machine və yenə də Fun qrupunun adı açıqlanıb. Gremmininn nominantlarının açıqlanması mərasimi kantri trio The Band Perrinin ifası ilə yekunlaşıb.