Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

10 Dekabr 2012 16:46 (UTC+04:00)
Movqe.Az-ın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib. O qeyd edib ki, səfər gələn ilin ilk yarısında gerçəkləşəcək. Hələlik səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir: "Önümüzdəki il Fransa-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və qarşılıqlı rəsmi səfərlər baxımından məhsuldar il olacaq. 2013-cü ildə həmçinin Azərbaycan-Fransa hökumətlərarası komissiyasının da iclası keçiriləcək".