"Hotmail"ə əlvida!

10 Dekabr 2012 17:39 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Microsoft" bu həftədən etibarən "Hotmail" istifadəçilərinə "Outlook.com"a keçmələri üçün xəbərdarlıq edəcək. Əvvəlcə "Hotmail"ə girən istifadəçilərə "Outlook.com"a keçid etmələri istiqamətində kiçik bir qutucuq içində xatırlatma mesajı göndəriləcək. Beləcə 25 milyon abunəçiyə çatan "Outlook.com" xidmətinin əhatə dairəsi daha da genişlənmiş olacaq. "Microsoft"un qarşısındakı ən böyük çətinlik "Hotmail"in interfeysinə və adına örgəşmiş istifadəçilərin "Outlook.com"a keçişdə müqavimət göstərməsidir.  Proqram nəhəngi vaxt keçdikcə bu problemin də öhdəsindən gəlməyi ümid edir.