"Instagram" və "Twitter" yollarını ayırdı

10 Dekabr 2012 19:26 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook"un aprel ayında satın aldığı "Instagram", dünyanın ən böyük mikrobloq saytı "Twitter" ilə ortaqlığını bitirməsindən sonra, "Twitter"ə aid bütün tərkibə daxil olan nə varsa hamsını silib. Texnologiya dünyasına keçən həftə daxil olan və milyonlarla istifadəçini məyus edən "Twitter-Instagram" ayrılığı, rəsmi olaraq tamamlanıb. "Instagram"ın "Twitter" məzmununu tamamilə bağlaması ilə, mikrobloq saytındakı bütün "Instagram" fotoşəkilləri yox olub. "Facebook" da "Instagram" kimi "Twitter" məzmununu səhifəsindən qaldırıb. Bundan sonra "Facebook" istifadəçiləri səhifələrində paylaşdıqları "Twitter" mesajlarında "Instagram" ilə təşkil edilən fotoşəkillərini yerləşdirə bilməyəcək.