Nərimanov, Nizami, Xətai, Suraxanıda damlardan su çənləri yığışdırılacaq

10 Dekabr 2012 18:20 (UTC+04:00)
Məlum olduğu kimi "Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər görür. Əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi fonunda isə diqqət çəkən məsələlərdən biri də binaların damlarındakı su çənlərinin yığışdırılması iləbağlıdır.
Buməsələ ilə bağlı mövcud vəziyyət nə yerdə olduğunu, damlardan su çənlərinin yığışdırılması prosesinin Bakının hansı rayonlarını əhatə edəcəyini öyrənmək üçün Mövqe. Az saytı Azərsu" Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya müraciət edib.
Anar Cəbrayıllı məsələ ilə bağlı aşağıdakıları bildirib: " Birinci onu qeyd edim ki, "Azərsu" ASC hansı ərazilərdə ki, əhaliyə 24 saat su verə bilir, həmin ərazilərdə binaların üstündə yerləşdirilmiş, hətta 5-10 ton tutumu olan su çənlərinin yığışdırlması ilə bağlı məsələ qaldırıb. Yerli rayon icra hakimiyyətləri, mənzil istismar sahələri, bələdiyyələr bu təklifi müsbət qarşılayıblar. 24 saat su ehtiyatı olduqdan sonra çənlərə elə bir ciddi ehtiyac qalmır. Bu gün Bakı şəhərində əhalinin böyük bir qisminin həm evin içində, həm də evin üstündə su çənləri var. Bizim bu təklifimiz müsbət qarşılanıb. Artıq Bakının Binəqədi, Nəsimi və Yasamal rayonlarının hansı ərazilərində ki, 24 saat su verilir, həmin ərazilərdə su çənlərinin yığışdırılması istiqamətində işlər aparılır. Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə böyük işlər görülüb. Növbəti mərhələdə bu işlər digər rayonlarda, Nərimanov, Nizami, Xətai, Suraxanıda da davam etdiriləcək. Ümumiyyətlə bu çənlərin yığışdırılmasının nə kimi müsbət cəhədləri var? Bunun bir neçə müsbət cəhəti var. Birinci müsbət cəhət ondan ibarətdir ki, binaların üstündə olan çənlər təhlükə mənbəyidir. Bu çənlərin dolu qalması binanın konstruksiyasına ziyan vurur. Uzun müddət istismarda olan binalarda lift şaxtalarının üstündə hətta su çənləri quraşdırırdılar. Mənzil Istismar Sahələrinin rəislərinin bizə verdiyi məlumata görə, 2000-ci ilin noyabrında baş vermiş zəlzələ zamanı dövlət qurumlarından onlara məktub gəlib ki, çənlərin yığışdırılmasını təmin etsinlər. Çünki, bu, zəlzələ vaxtı təsirsiz ötüşmür.
"Azərsu" ASC üçün bunun nə kimi xeyri var? Çənlərin yığışdırılması bizə ikitərəfli xeyirdir. Həm su sayğacdan keçir, həm də ki, israfçılığın qarşısı alınır. Binəqədi rayonunun Naxçivani küçəsi 27, 28, 29 ünvanlarında bu işlər həyata keçirilib. Hər bir abonent üçün Smartkart sayğac quraşdırılıb, əənlərlə əlaqə kəsilib. Orda 3-4 dəfə su sərfiyatı azalıb, ödəniş 100% təmin olunub. Ümumiyyətlə "Azərsu" ASC-nin gələcək planları belədir ki, zirzəmilərdə olan köhnə su xətləri yenilənsin, hər bir abonent üçün Smartkart sayğacın quraşdırılsın. Biz çənlərin götürülməsi zamanı vətəndaşlarla söhbət edirik Vətəndaşların çoxu bunun tərəfdarıdır. Niyə tərəfdarıdır? Çünki, onlar deyir ki, bir çox hallarda həmin çənlərdən axan su binanın dam örtüyünü zədələyir və başqa fəsadlar törədir. Ümumiyyətlə, 24 saat hardaki su vermək mümkündür, orda çənlərin yığışdırılması zəruridir, vacibdir"