İran haqqında qalmaqallı iddia yayıldı
20 Aprel 2012 13:57 (UTC+04:00)
Londonda Mərkəzləşmiş Beynəlxalq İnkişaf Tədqiqat Mərkəzinin
hesabatında İran haqqında mübahisəli iddialar yer alıb. Hesabata
İslam ölkəsinin qonşu İraqdan külli miqdarda neft oğurladığı iddia
olunur. Hesabata əsasən, İran əslində İraqın ərazi sərhədlərinə
daxil olduğu neft yataqlarından 17 milyard dollar məbləğində neft
hasil edib. Əsasən Dehloran, Neft Şəhr, Qərbi Beydər və Əbən
yataqlarından hasil olunan xam neftin təqribi miqdarı 130 min
barrelə yaxındır. İranın qonşu ölkənin neft hüquqlarını pozması
halı eyni ilə Əl-Təyəb və Fəkkə yataqlarında da da qeydə
alınıb.
İraq ərazisində hasil olunan neftdən gələn gəlirlərin İraqın neft
gəlirlərinin 14 faizinə yaxın olduğu bildirilir. Hesabata əsasən,
İraq ərazisində hasil olan neftin İrana daşınması, günə 35 min
barrel olmaqla, yerli qaçaqmalçı şəbəkələr vasitəsilə həyata
keçirilir.