Bu günə gözlənilən hava şəraiti
11 Dekabr 2012 11:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava
şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz
8-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə dekabrın 11-də arabir yağış
yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı,
ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə
şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə dekabrın 11-dən 13-dək Abşeron
yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər
meteohəssas insanlar üçün müsbət amildir.