"Tottenham"in eks futbolçusu mərc etməyinə peşman oldu

8 May 2016 20:30 (UTC+04:00)

"Leicester City"nin bu mövsüm Premyer Liqada çempion olmağı hamı üçün sürpriz oldu. "Tottenham" sona 3 tur qalmışa qədər onlarla qızıl medallar uğrunda mübarizə aparsa d, "Chelsea" ilə derbi matçındakı heç-heçə (2:2) londonlular istəyini puça çıxartdı. "Tülkülər"in çempion olması ən çox "Tottenham"in keçmiş hücumçusu Əhməd Midonu məyus edib. İki ay əvvəl sabiq futbolçu Lester təmsilçisinin Premyer Liqada ilk pilləni tutmayacağından mərcə girmişdi. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Leicester" çempionluq kubokunu qaldırandan sonra misirli ekspert vədinə əməl edərək "beİN Sport"un efirində uzun saçlarını kəsib. Yəqin ki, Mido bundan sonra möcüzələrə inanmaöa başlayacaq