Vəhşilik hələ də davam edir

11 Dekabr 2012 15:32 (UTC+04:00)
Movqe.Az bildirir ki, Afrikada sözün əsl mənasında soyqırım baş verir. Bu il buynuzları üçün öldürülən kərgədanların sayı 558-dən çox olub. Dünya son illərin ən böyük soyqırımlarından biriylə qarşı-qarşıyadır. 10 il əvvəl bir ildə öldürülən kərgədan sayına bu il bir həftədə rast gəlinir. Afrikada buynuzları üçün ovlanan kərgədan sayı yalnız Cənubi Afrikada 558- keçərək rekord qırıb. Fildən sonra ən iri quru heyvanlarından biri olan kərgədanlar nəsli tükənmə təhlükəsi altındadır. Kərgədan buynuzunun beynəlxalq ticarətinə 1976-ci ildə böyük ölçüdə qadağan qoyulmasına baxmayaraq, ovçuluğun qarşısını almaq mümkün deyil. Ən çox axtarılan ov heyvanlarından kərgədanın öndə olmasının səbəbi buynuzlarıdır. Buynuzlarından, xüsusilə Asiya ölkələrində bəzək əşyası və dərman istehsalında istifadə edilir. Bir çox xəstəliyə faydasının olduğu deyilən kərgədan buynuzları cinsi gücü artırır və spirtin yaratdığı mənfi təsirlərin yaxşılaşdırılmasında istifadə edilir.