Şaxta babalar işsiz qaldı

11 Dekabr 2012 17:25 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Xristian dünyasının ən əhəmiyyətli simvollarından biri olan Şaxta babalar da iqtisadi böhran zərbəsi yaşayırlar. Bayram əvvəli alış-veriş mərkəzlərinin ən vacib simvollarından olan Şaxta babalar, 2008-ci ildən bu yana işsizlik problemi ilə üzləşirlər. Şaxta babalar, "heç olmasa bu il pul qazanarıq" ümidi ilə yaşayırdılar, amma yenə ziyana məruz qalıblar. Hər nə qədər Amerikada Şaxta baba tələbi bir əvvəlki ilə nisbətən 7  faiz artsa da çox yerdə onlar görünmür. ABŞ-da hər il təxminən 700 min mövsümlük işçi statusunda Şaxta baba var.