"Apple Map"da daha bir problem

11 Dekabr 2012 18:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Apple"ın "uğursuz" xəritə tətbiqi daha bir problemlə üzləşib. Avstraliyada "Apple Maps" istifadə edərək gəzintiyə çıxan onlarla motosikletçi, 70 kilometrlik ərazidən çıxmaqla səhralıq bir yerdə itiblər. Avstraliya polisi, xəritə proqramının istifadə lazım olduğu çağırışını desə də, "Apple"ın icraçı direktoru Tim Cuk bu mövzudakı müvəffəqiyyətsizliklərini boynuna alıb. Proqramı istifadə edərək şəhərə çatmağa çalışan, lakin çöllük ərazidə itən 10-dan çox motosikletçiyə kömək edən Avstraliya polisi, "Apple Maps" tətbiqi yerinə başqa bir xəritənin istifadə edilməsi lazım olduğunu söyləyib.