Pamela Anderson maliyyə problemi yaşayıb

11 Dekabr 2012 17:56 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Amerikalı aktrisa Lindsay Lohandan sonra "Sahil Təhlükəsizliyi" serialıyla məşhurlaşan Pamela Andersonun da vergi borcu olduğu meydana çıxıb. Heyvan haqqları üçün mübarizə edən "PETA"nın kampaniyalarına dəstək verən Andersonun 371 min dollar vergi borcu var. Bu 45 yaşındakı Andersonun maliyyə məsələsilə yaşadığı ilk problem deyil. O, 2009-cu ildə də 1.7 milyon dollarlıq  vergi borcu səbəbiylə çətin günlər keçirmişdi.